cargo3
2

Tədbirlər və təyyarə uçuşlarının təşkili

Hər il dünyada müxtəlif peşələrlə məşqul olan insanların, incəsənət pərəstişkarlarının və ya sadəcə səyahət həvəskarlarının iştirak etməyə tələsdikləri bir çox əhəmiyyətli tədbir keçirilir. Planetin müxtəlif guşələrindən yüz minlərlə insanı yığan hadisələr haqqında event demək dəbdədir. Onlardan ən əhəmiyyətli olanlar ən böyük şəhərlərdə keçirilir, və ora getmək üçün ən sadə üsul hava ilə çatmaqdır.

Fransız aviakrokeri Aviav TM (Cofrance SARL), hər hansı bir hadisə üçün biznes-cetlərdə fərdi uçuşlar, habelə charter uçuşlar təşkil edir.    Bu, geniş miqyaslı konfranslar, beynəlxalq sərgilər, mədəniyyət və turizm sahəsində festivallar, konsertlər, moda nümayişləri, tibbi forumlar, əhəmiyyətli şənliklər ola bilər.    Bu il 4 mindən artıq böyük hadisə planlaşdırılır. Əgər siz

  • Kann şəhərindəki Festival international du film de Cannes beynəlxalq kino festivalına
  • Budapeştdə Sziget musiqi festivalına,
  • Barselonada Sónar (“rəqəmsal mədəniyyət” fenomeni) festivalına,
  • Parisdə yüksək texnologiya və moda Avantex Paris beynəlxalq sərgisinə,
  • Kann şəhərində Cannes Yachting Festival beynəlxalq yat sərgisinə,
  • Vancouverdə Vancouver International Wine Festival beynəlxalq şərab festivalına,
  • Stuttgartda Eat & Style beynəlxalq gastronomik sərgiyə,
  • Zürixdə Fespo Zurich ixtisaslaşmış istirahət, səyahət və idman sərgisinə,
  • Dubayda tibb və əczaçılıq üzrə Arab Health beynəlxalq sərgisinə və qurultaya,
  • Seulda Lotus Lantern Festival “Parlayan Lotus” fener festivalına,
  • Sankt-Peterburqda INTERCHARM Professional kosmetik sənayesi beynəlxalq sərgisinə

və bir çox başqa tədbirlərə getmək istəyirsinizsə Aviav TM ilə əlaqə saxlayın.    Hər hansı bir tədbirə ziyarət “açar təhvil” təşkil oluna bilər.    Siz tərəfdən lazım olan tək şey, Cofrans SARL meneceri ilə ətraflı danışmaq üçün vaxt tapmaqdır.    Şirkət sizin üçün qalan tədbirləri görəcək.

Aviav TM aviabrokerinə nəyi həvalə etmək olar

  1. Sizi maraqlandıran tədbir üçün biletin sifarişi və ya dəvətin rəsmiləşdirilməsi.
  2. Tədbirin keçiriləcəyi ölkəyə vizanın rəsmiləşdirilməsi.
  3. Səyahət üçün sığorta polisinin rəsmiləşdirilməsi.
  4. Təyyarə biletləri və ya xüsusi təyyarənin sifarişi.
  5. Yaşama yerinin – otel, apartament, villa sifarişi.
  6. Qalma yerində transfer (hava limanı – otel, otel – tədbirin keçirilməsi yeri).
  7. Tərcüməçi müşayiəti.

Broker tərəfindən verilən xidmətlər yüksək ISO keyfiyyət standartlarına cavab verir və həmişə məxfi xarakter daşıyır.

Tədbirə xüsusi təyyarə ilə getmək üçün beş səbəb

Aviav TM (Cofrance SARL) işində istiqamətlərdən biri tədbirlərə xüsusi reyslərin təşkil olunmasıdır.    Fərdi uçuşların üstünlükləri göz qabağındadır:

  1. Uçuş sizin üçün əlverişli vaxtda baş verir.
  2. Sizə yaxın olan insanlarla birlikdə və ya təkbaşına uçursunuz
  3. Təyyarəni özünüz seçəirsiniz.
  4. Uçuşda nəqliyyat dəyişməkdən qaçınmaq imkanı var
  5. Aviav TM rahatlığı və 100% uçuş təhlükəsizliyinə zəmanət verir.

Əgər 3-cü paraqraf sizin üçün qeyri-adi görünürsə, onda çox guman ki, indiyə qədər özəl cetdən istifadə etməmisiniz.    Cofrans SARL-ın bir çox VIP müştərisi bu fürsəti yüksək qiymətləndirir və özlərinin istəklərinə cavab verən bir gəmi təyin etməyi xahiş edirlər.    Aviav TM-in qlobal hava bazasında bir təyyarə və ya vertolyot seçə bilərsiniz.    Həmçinin müştərinin tələbi ilə təyyarədə əvvəlcədən razılaşdırılmış menyu əsasında yeməklər, sevdiyiniz televiziya verilişlərinə baxmaq imkanı və ya iş üçün lazım olan bütün şərait (konfransa və ya sərgiyə qonaq kimi deyil, iştirakçı kimi qetdiyiniz təqdirdə) təşkil edilə bilər.

cargo2
cargo4

Niyə seçiminiz Aviav TM-dir

Bizim şirkətlə əməkdaşlığın üstünlüklərininin dəqiq əsaslandırması var. Bu faktiki nailiyyətlər və müştərilərin minnətdarlıq dolu rəyləridir. Birincilərə aşağıdakıları aid etmək olar:

  • tədbirlərə uçuşlar sahəsində 10 ildən artıq iş təcrübəsi,
  • dünyanın bütün böyük şəhərlərində fəaliyyət göstərən ofislər (birbaşa telefon nömrələri),
  • EBAA (European Business Aviation Association) və NBAA (National Business Aviation Association) kimi aviasiya biznes-assosiasiyalarında üzvlük,
  • Wyvern Ltd. və ARGUS International-ın qüvvədə olan proqramlarına uyğun olaraq ən yüksək təhlükəsizlik standartlarına riayət etmə,
  • özəl aviasiya sahəsində istifadə olunan təyyarə və helikopterlərin geniş bazası,
  • dünya əhəmiyyətli aviaşirkətləri ilə əməkdaşlıq münasibətləri,
  • təyyarə sifarişi üçün maksimum imkanlar: ixtisaslaşdırılmış sayt, iPhone üçün əlavə, əks telefon zəngini üçün sorğu.

Aviav TM brokerinin xidmətlərindən artıq istifadə edənlərin rəylərinə əsasən, şirkət haqqında aşağıdakı təsdiqləmə doğrudur:

  • Cofrans SARL çevik, dəqiq, açıq şəkildə işləyir,
  • Broker reyslərə əlavə ödənişlər tələb etmir,
  • xidmətlər barədə uzaqdan razılığa gəlmək olar,
  • şirkətin əməkdaşları aviasiya hüquqşünaslarıdır,
  • hava limanlarında bütün prosedurlardan keçməyə yardım daxil olmaqla, təyyarəyə minmə anından təyinat hava limanlarına gəlmə anına qədər rahat uçuşların təşkil edilməsi,
  • olunan maliyyə vəsaitləri haqqında maliyyə hesabatının təqdim edilməsi.

Beləliklə, əgər planlarınızda məşhur tədbirini ziyarət etmək varsa, Aviav TM-ə elə indi zəng edin. Həmişə tələsmədən, hər addımı düşünərək və müzakirə edərək hərəkət etmək yaxşıdır. Amma əgər təyyarə bir neçə saat sonra və ya ertəsi gün tələb olunursa, bu da realdır. Aviav TM (Cofrans SARL) şirkətinin peşəkar yardımı uçuşla bağlı istənilən məsələlərin uğurlu həlli və operativliyi ilə fərqlənir.

Tədbirləri seçin və hadisələrin mərkəzində olun!